A Level Diplomu

A Level Diplomu ilə Dünya Təhsili

homework, school, problem-2521144.jpg

A level nədir?

İngiltərənin A Level diplomu dünyanın ən çox qəbul görən məktəb diplomudur. Demək olar ki dünyada elə bir universitet yoxdur ki İngiltərə A Level diplomunu tanımasın.  Qısacası, A level diplomu iki il ərzində 3 fənn üzrə oxuyacağınız High School Diplomudur və dünyanın bütün universitetlərini birbaşa qəbul üçün keçərlidir. 

A level diplomu üstünlükləri

A Level Diplomun-un əsas üstünlüyü onun sadəcə 3 fənn seçimidir. Dünyada çox diplomlar 6-8 fənn istəyirlər ama A Level-da universitetlər sizdən sadəcə 3 fənn istəyirlər. Siz sadəcə 3 fənnə hazırlaşaraq bir başa universitetlərə qəbul ola bilərsiniz. 

calendar, entry, ring binder-2052492.jpg

Necə başlaya bilərəm?

A Level proqramı oxumaq üçün siz ilk öncə randevu təyin edib yoxlama sınağına girməlisiniz. High School əməkdaşları sizin proqrama uyğunlunuzu yoxladıqdan sonra sizə qeydiyyat və tədris üçün ətraflı məlumat verəcəklər.

Qəbula aid Suallar

İngilis dilində. Bütün dərslərimiz beynəlxalq program olduğu üçün ingilis dilində aparılır. Ama dil tərəfdən zəif olan tələbələrə isə əlavə dil hazırlığı veririk. 

Təhsil haqqımız sizin dərslərinizin proqramından və müddətinə görə dəyişir. Ona görə biz yalnız tələbəni yoxladıqdan sonra və məktəbə qəbul edə biləcəyimizdən əmin olduqdan sonra program hazırlayırıq və təhsil haqqı da ona görə müəyyənləşir. 

CELT High School məktəbində sadəcə İngiltərə məktəblərində tədris olunan fənnlər tədris olunur. Bura İngilis dili, riyaziyyat, hüquq, siyasət, kimya, biologiya, fizika, tarix, biznes, iqtisadiyyat, rus dili, türk dili və digər bütün fənnlər tədris olunur. 

Qiymətləndirmə prosesi İngiltərədə A Level tədris təşkilatı (Edexcel) tərəfindən aparılır. Və sonda imtahanlarda onlar tərəfindən aparılır və qiymətləndirilir. CELT High School bütün tədris prosesini həyata keçirir və CELT A Level diplomunun dünyada bütün universitetlər tərəfindən qəbul olunması üçün əsas şərtdir. 

Dünyanın bütün universitetləri CELT A Level diplomunu qəbul edir. Hər universitetin qəbul etmə üçün minimum qiymət şərti var.  CELT A Level diplomu tamamı ilə İngiltərə A Level proqramını keçir və bütün yoxlama qiymətləndirmə sistemi İngiltərənin A level təhsil təşkilatı tərəfindən həyata keçirilir. 

Bəli. Azərbaycan və ya rus dilində oxumanızdan asılı olmayaraq bizim məktəb həm tək fənn üzrə həm də bütün fənnlər üzrə qoşula bilərsiniz. 

Normalda bütün proqram 2 il ərzində tamamlanır. Ama intensiv proqramı 1 ilə də tamamlamaq mümkündür. Sadəcə intensiv proqram üçün tələbənin iki qat çox çalışması lazımdır.