A Level diplomu nədir

Məktəbi niyə A Level Diplomu ilə bitirməlisiniz?

A Level diplomu İngiltərə şagirdlərinin məktəbi bitirdikdə aldığı diplomdur. İngiltərə məktəb diplomu dünyanın bütün universitetində keçərlidir. Eyni zamanda CELT High School İngiltərə təhsil təşkilatı olan Pearson-Edexcel şirkətinin Azərbaycanda rəsmi tədris və imtahan mərkəzi olaraq A Level diplom proqramını həyata keçirir. Bütün qiymətləndirmə və imtahan Edexcel təhsil təşkilatı tərəfindən həyata keçirilir.

A Level Diplomunun üstünlükləri aşağıdakılardır:

  • Bütün universitetlərə qəbul olmaq imkanı: A Level Diplomu universitetlərə daxil olmaq üçün qızıl standart kimi qəbul edilir və dünyada universitet təhsili almaq üçün ən çox tanınan təhsildir. İngiltərənin bir çox universitetləri tələbələrdən minumum keçid qiyməti almalarını tələb edir və bu qiymətlər ilə sizi qəbul edən hər zaman bir universitet vardır. Qısacası, A Level diplomu ilə hansı qiyməti alırsanız alın, qəbulunuz hər zaman olacaqdır. Çünki A level sizə sadəcə diplom vermir, sizə güclü bacarıq verir, düşünmə tərzi verir və belə bir tələbəni hər universitet qəbul etmək istəyir.
  • Qrup üzrə ixtisaslaşma: A Level diplomunun 3 fənn ilə olmasının əsas səbəbi sizin oxumaq istədiyiniz sahə üzrə dərin biliyə malik olmasına kömək etməkdir. Məsələn siz iqtisadiyyat sahəsinə getmək fikrindəsinizsə (ya da II qrup üzrə) siz artıq mikro, makro iqtisadiyyat, biznes, idarəçilik, iqtisadiyyatın əsasları kimi mövzuları keçirsiniz və bu sizə bu sahədə dərin bilik verir. Və siz universitetə daxil olanda artıq mövzunu rahat bildiyiniz üçün heç bir çətinlik çəkmirsiniz həm də, ingilis dilində bildiyiniz üçün heç bir terminoloji probleminiz olmur. Bu çox önəmli üstünlükdür çünki bir çox tələbələr universitetə daxil olduqdan sonra bu problemlərdən əziyyət çəkirlər.
  • Uğurlu gələcəyə hazırlıq: A level diplomu sadə bir diplom deyil. A level proqramını bitirən tələbələr güclü düşüncəyə, problem həll etmə bacarığına, vaxtın düzgün idarə olunmasına, disiplinə və digər bacarıqlara yiyələnirlər.
  • Tanınması: A Level Diplomu Böyük Britaniyanın diplomu olduğu üçün dünyanın hər universitetində keçərlidir. İngiltərədə oxuyub məktəbi A Level diplomu ilə bitirən tələbə necə hər yerdə oxuya bilirsə, siz də İngətərənin A level diplomu CELT High School-da oxuyub əldə edərək hər yerdə oxuma imkanına sahibsiniz. Çünki CELT High School keçdiyi tədris İngiltərə şirkəti tərəfindən təqdim olunur və bütün imtahanlar onlar tərəfindən həyata keçirilir.
  • Oxuma rahatlığı: A Level diplomunu oxumaq üçün siz həm CELT High School mərkəzlərimizə gələ bilərsiniz və ya Bakıda yaşamırsınızsa online davam edə bilərsiniz. Ama onlayn dərslərə başlamadan öncə mütləq mərkəzimizdə bir neçə həftə dərsdə olmalısınız. Prosedurları üzbəüz anlamaq daha önəmlidir. Siz A level daha tez başlayıb 3 ilə bitirə bilərsiniz. Və ya daha standard proqramla gedib iki ilə bitirə bilərsiniz və ya vaxtınız azdırsa bacarğınız çoxdursa bir ilə bitirə bilərsiniz.
  • Karyera imkanları: A level sadəcə təhsil almaq üçün deyil eyni zamanda iş imkanlarınızı da genişləndirir. Siz bu bacarıqları əldə etdikdən sonra iş sahəsində də tətbiq edərək uğur qazana bilirsiniz. A level diplomunu bitirən tələbələr daha çox üstünlük verilir.
  • Limitsiz universitet müraciəti: A Level diplomunu bitirən tələbələr sərhəd tanımır. Sizə limitsiz universitet müraciəti təklif olunur. Dünyanın hər ölkəsində (təhsil iliniz, yaşınız və müraciət şərtləri uyğun olduduğu halda) istədiyiniz qədər istənilən universitetə müraciət edə bilərsiniz.
  • Universitet dərslərindən avtomaik keçmə imkanı: A Level diplomu bitirən tələbə universitet oxuyarkən də üstünlük əldə edir. Yəni siz 3 fənn bitirdiyiniz üçün həmin fənnlərə uyğun gələn universitet dərslərindən avtomatik azad olursunuz (kredit əvəz etmə prosesi universitetdə olduğu halda), həmin dərsi keçmiş sayılırsınız. Qiymətiniz A Level-da aldığınız qiymətin ekvivalenti hesablanıb yazılır. Bu sizə həm birinci kursu çox rahat oxuma imkanı verir, həm də həmin kursların təhsil haqqından da azad olursunuz. Və sonda o kreditləriniz avtomatik keçdiyi üçün universiteti 1 smestr tez bitirirsiniz.

Müraciət üçün CELT High School ilə saxlayın

Leave a Comment

Your email address will not be published. Required fields are marked *